Dünya
Yeni ili təbrik etmək zinadan da böyük günahdır - Kanadalı şeyxdən İNANILMAZ SÖZLƏR
“Müsəlmanların Yeni ilini təbrik etmək cinayətdən də böyük günahdır”.
Publika.az xəbər verir ki, bu sözləri Kanadada yaşayan imam Şeyx Yunus Katrada deyib.
Kanadanın Britaniya Kolumbiyası əyalətinin paytaxtı Viktoriyada gənclər təşkilatının qarşısında çıxış edən imam xristianların inanclarına müsəlmanların qatılmamasını tövsiyə edib.
“Müsəlmanların “Yeni il” deyilən qurma bayramla bağlı təəssüratlardan dolayı üzgünəm. Xristianları niyə təbrik edirsiniz? Sənin tanrın, peyğəmbərindirmi anadan olan? Bunlar bir müsəlman üçün qəbuledilməzdir. Bunu qəbul edirsinizsə, onların inanclarını da təsdiq edəcəksiniz? Zina və yalan müsəlman olmayanların bayramını təbrik etməyin yanında heç nədir. Lakin mən çölə çıxıb onları "öldürün" demirəm. Çünki Allah bizə başqalarına ədalətsizlik etməməyi buyurub”.
Qeyd edək ki, Cənubi Afrikada anadan olan bu şeyx daha öncə yəhudilərə qarşı açıqlamalar verdiyi üçün Kanada polisi tərəfindən terror ittihamları ilə sorğuya çəkilib. Bir müddət Malayziyada yaşadıqdan sonra 2016-cı ildə yenidən Kanadaya geri qayıdıb. Onun son çıxışı Vaşinqton mərkəzli Yaxın Şərq Media Araşdırmaları Universiteti tərəfindən ifşa edilib.
Video sosial şəbəkədə çıxan kimi dərhal şeyxin hesabı “Yeni ilin mübarək” mesajları yağışına tutulub.
Zümrüd
-
Qoroskop00:10
Günün qoroskopu: Maliyyə məsələlərində diqqətli olun!
-
Hadisə6 Yanvar 23:55
Azərbaycan-İran sərhədində zəlzələ oldu
-
Sağlamlıq6 Yanvar 23:41
Yeni virusun Azərbaycanda yayılma ehtimalı yüksəkdir: Necə qorunmaq olar? - VİDEO
-
Dünya6 Yanvar 22:20
Trüdo istefa verdi
-
Sosial6 Yanvar 21:43
Yanvar ayında daha 8 gün iş olmayacaq
-
Magazin16 Yanvar 21:19
Aygün Bəylərin bacıları arasında miras QALMAQALI
-
İdman6 Yanvar 19:45
Lamiyənin evləndiyi əcnəbinin kimliyi bilindi - FOTOLAR
-
Nida Xəbər 6 Yanvar 18:35
Azərbaycan XİN-dən Makrona CAVAB