Dünya
Meksika hərbi vertolyotu ABŞ sərhədçilərinə atəş açdı
Meksika hərbi vertolyotu ABŞ-nın
Arizona ştatında hava sərhədini pozaraq Amerika sərhədçilərini
atəşə tutub.
ANS PRESS-in məlumatına görə, daha sonra vertolyot
geri Meksikaya tərəf uçub.
"Hadisə səhər tezdən olub. Vertolyot ABŞ ərazisinə
uçaraq San Miguel Gate yaxınlığında sərhəd mühafizəsinin iki
əməkdaşını atəşə tutub", - deyə Art del Cueto sərhəd mühafizəsinin
nümayəndəsi bildirib.
Hadisə nəticəsində heç kim zərər çəkməyib. Meksika
hakimiyyəti baş vermiş hadisəyə görə üzr istəyib və araşdırma
aparmaqa söz verib.
Qeyd edək ki, belə hadisə ABŞ və Meksika
sərhədində ilk dəfə deyil. Meksika sərhəd əməkdaşları sərhədi daim
keçirlər. ABŞ Milli Təhlükəsizlik Nazirliyinin məlumatına görə,
keçən yarım il ərzində 500 dəfə belə hadisə qeydə alınıb. 131
Meksika sərhədçisi Amerika həmkarları tərəfindən
saxlanılıb.
-
Magazin106:16“Darıxmışam deyim ki…” - FOTO
-
Maraq dünyası04:44Bakıda turistlərin rəqsi gündəm oldu - VİDEO
-
Magazin204:14Timatinin keçmiş sevgilisi söz-söhbətə SON QOYDU - FOTO
-
Əmlak01:41Bakının bəzi ərazilərində torpaqlar BAHALAŞDI
-
Ekologiya01:11Bu gecə Azərbaycanda Super Ay müşahidə olunacaq
-
Magazin200:15Demet Özdemir Azərbaycan mahnısı paylaşdı - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Hissləriniz dərinləşir
-
Hadisə4 Dekabr 22:12Bakıda yeraltı keçiddə eskalator QIRILDI - Xəsarət alanlar var


































