İzabel Santos: "Köçkünlər problemi dünyada son həddə çatıb"
Bizi izləyin

Dünya

İzabel Santos: "Köçkünlər problemi dünyada son həddə çatıb"

Qaçqın və məcburi köçkünlər problemi dünyada son həddə çatıb.

Publika.az-ın məlumatına görə, bu barədə ATƏT Parlament Assambleyasının Bakıda keçirilən 23-cü illik sessiyasında iştirak edən təşkilatın Demokratiya, insan hüquqları və humanitar məsələlər komitəsinin sədri İzabel Santos deyib.

Onun təşəbbüsü ilə qaçqın və məcburi köçkün problemi ilə bağlı məsələnin sessiyada müzakirə ediləcəyini deyən İ.Santos bildirib ki, ilk dəfə olaraq dünyada qaçqınların sayının ən yüksək həddə çatması müşahidə edilir. O, qeyd edib ki, dünyada artıq 51 milyon qaçqın və məcburi köçkün mövcuddur ki, bu da olduqca ciddi rəqəmdir.

İ.Santos hesab edir ki, qaçqın probleminin həlli istiqamətində dünyada ümimi siyasət həyata keçirilməlidir: "Təbii ki, müxtəlif ölkələrdə bu problem müxtəlif formalarda özünü biruzə verir. Lakin əsas prinsiplərdə bu problemə qarşı birdə mübarizə aparmalıyıq".

Onun sözlərinə görə, əsas prinsiplərin kökündə insan ləyaqəti, sülh, inkişaf, yaxşı sosial vəziyyət və bu problemə açıq fikirlə yanaşma kimi şərtlər dayanır.

İ.Santosun fikrincə, bu problemin qarşısını almaq üçün sivilizasiyalar arasında, inkişaf etmiş ölkələrlə inkişaf etməmiş ölkələr arasında daha yaxşı dialoq olmalıdır, daha güclü tolerantlıq olmalıdır, çünki dünyaya sülh lazımdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm