Dünya
ABŞ fikirləşincə rus ayısı vurub çayı keçdi
İraqın baş naziri Nuri Əl Malikinın Obama administrasiyasından narazılığı artır. İŞİD-in hücumlarından sonra İraqın şiə rejimi üçün real təhlükə yaranıb. ABŞ isə real kömək etməkdən uzaqdır və hələ də müttəfiqləri Səudiyyə Ərəbistanı, Qətər, Küveyt və İŞİD-i dəstəkləyən sünni-ərəb dövlətlərinə görə tərəddüd içindədir.
NATO lap əvvəldən İraq məsələsinə qarışmayacağını bildirib. Almaniya və Britaniya yaxalarını kənara çəkərək bunun ABŞ-ın problemi olduğunu vurğulayıblar.
Belə olan halda Rusiya, İran və Suriya ilk plana çıxaraq tədricən Amerikanı regiondan sıxışdırırlar.
İraq baş naziri Maliki də proseslə ciddi şəkildə maraqlanır. Belə davam etdikcə onun ölkəsinin ABŞ-dan asılılığı zəifləyir.
Məsələn, elə hərbi təyyarələrlə təhcizat məsələsini götürək. Nuri Əl Malikinin xahişini qulaqardına vuran amerikalılar bildirmişdilər ki, F-16 təyyarələrini vəziyyət stabilləşməyənədək İraqa göndərmək məqsədəuyğun deyil. Amerikalılar fikirləşənədək ruslar köhnəlmiş SU-25 təyyarələrini həvəslə İraqa göndərdilər. Üstəlik, İraq pilotlarına təlim, həmçinin təyyarələrin texniki baxışını həyata keçirmək üçün xeyli mütəxəssis də Bağdada gəldi.
İran da aktiv surətdə İraq ordunun təchizatında iştirak edir. İraq parlamentinin deputatlarından biri nahaq yerə demirdi ki, əgər ABŞ imtina etsə, İraq İslam Şam Dövlətinin döyüşçülərini İran bombalayacaq.
Suriyanın başı öz ərazisində olan terrorçuları təmizləməyə qarışsa da, İraq ərazsizində İŞİD qüvvələrinə hava zərbələri endirməyə vaxt tapıb. Nuri Əl Maliki bunu yüksək qiymətləndirib : “Onlar da zərbə vurur, biz də. Nəticədə hər iki dövlət qalib çıxacaq”.
İş ondadır ki, hər üç dövlətin imkanları ABŞ-a nisbətən məhdud olsa da, coğrafi cəhətdən İraqa daha yaxındırlar. Regiondakı proseslər onları daha çox narahat edir . İraqın vahid dövlət kimi qalması, parçalanmaması həm Rusiya, həm İran, həm də Suriyanın marağındadır.
İlqar Atabəyli
-
Magazin110:00
"Bu dəfə badalağı özün qoyursan ki, bir daha ayağa qalxmasın" - Cabbar Musayev
-
Region09:48
Xarkova RAKET HÜCUMU: 11 nəfər öldü, 40 nəfər yaralandı
-
Magazin208:48
Məşhur bəstəkar 95 yaşında vəfat etdi - FOTO
-
Ekologiya07:17
Yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ
-
Avto04:44
Adam kimi dil bilən, söz anlayan avtomobil YARADILDI
-
Magazin103:43
Nanə Vyetnamda belə dincəlir - FOTO
-
Magazin202:12
Məşhur qadın reper narkotiklə saxlanıldı - VİDEO
-
Sosial01:41
Cəbrayılın dörd kəndindən yeni görüntülər - VİDEO