Dünya
Dünya TƏŞVİŞ İÇİNDƏ: uçuşlar dayandırıldı, yollar bağlandı, minlərlə insan...
Papua-Yeni Qvineyanın (PYQ) Qərbi Yeni Britaniya ştatında yerləşən Ulavun vulkanı hərəkətə keçib.
Publika.az xəbər verir ki, Bismark arxipelaqında yerləşən vulkan səbəbilə bölgədə yaşayan 5 min insan təcili təhlükəsiz yerlərə təxliyə edilib.
“Radio Yeni Zelandiya”nın xəbərinə görə, lava axınına görə bəzi avtomobil yolları bağlanıb. Tələfatla bağlı hələ ki, məlumat verilməyib.
Vulkandan çıxan qara duman səmada kilometrlərlə sahəyə yayılıb. Qalın kül yağışı yağır.
Arxipelaqdakı ən təhlükəli vulkan kimi tanınan Ulavun hava yolları şirkətlərini də təşvişə salıb. Ölkənin “Air Niugini” beynəlxalq havayolu şirkəti adadakı “Hsokinos” hava limanına bütün uçuşları dayandırıb.
Papua-Yeni Qvineya Geoloji Araşdırma Mərkəzinin məlumatına görə, Ulavun ölkədəki ən yüksək və ən dik vulkandır. Ümumilikdə, PYQ-də 6 riskli vulkan var.
Zümrüd
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu