Müharibə başlasa İran ABŞ-ın bu mövqelərini bombalayacaq - XƏBƏRDARLIQ
Bizi izləyin

Dünya

Müharibə başlasa İran ABŞ-ın bu mövqelərini bombalayacaq - XƏBƏRDARLIQ

ABŞ-la İran arasında müharibə başlasa, İraq da bu müharibəyə daxil olacaq.

Publika.az xəbər verir ki, bunu İraq Parlamentinin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Kərim İləvi deyib.

Millət vəkili bildirib ki, ABŞ-ın dəniz qüvvələri ilə sarınmış körfəz bölgəsi müharibənin astanasındadır: “İraq xalqı da bu müharibəyə daxil olacaq. Çünki İraqda ABŞ əsgərləri var və ehtimal ki, ABŞ əsgərləri İranı bombalayacaq. İran da buna ABŞ-ın İraqdakı mövqelərini bombalayaraq cavab verəcək”.

Qeyd edək ki, daha əvvəl İraq hökuməti ABŞ-la İran arasında baş qaldıran gərginliyin azaldılması üçün vasitəçilik etməyə hazır olduğunu açıqlamışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm