Netanyahudan GÖZLƏNİLMƏZ ÇIXIŞ: "İsrail-Rusiya müharibəsi..."
Bizi izləyin

Dünya

Netanyahudan GÖZLƏNİLMƏZ ÇIXIŞ: "İsrail-Rusiya müharibəsi..."

“Putinlə birbaşa təmaslarımız Suriyada İsraillə Rusiya arasında yaşanacaq müharibənin qarşısını aldı”.

Publika.az xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib.

Rusiya prezidenti Vladimir Putinlə bu gün Soçidə bir araya gələcək Netanyahu Rusiya Hərbi Hava Qüvvələri ilə İsrailin gerçəkləşdirdiyi əməliyyatların uyğunlaşmaması səbəbilə Suriyada bir qarşıdurmanın qaçılmaz olduğunu, ancaq bunun qarşılıqlı görüşlərlə əngəlləndiyini bildirib.

“Bu koordinasiya Putinlə bir-birimizə hörmət etməyimiz sayəsində mümkün ola bilir. Həqiqətən, bərabər, açıq müstəvidə və bir aşağılamaq olmadan söhbət edirik”,- baş nazir vurğulayıb.

Qeyd edək ki, liderlərin bugünkü görüşündə Yaxın Şərqdəki vəziyyət və ikili əməkdaşlıq müzakirə mövzusu olacaq.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm