Kiyev: “Terrorçular üçün sürpriz hazırlanır”
Bizi izləyin

Dünya

Kiyev: “Terrorçular üçün sürpriz hazırlanır”

“Ukrayna Luqansk və Donetskin azad edilməsi üçün terrorçulara xoşagəlməz sürpriz söz verir”.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu sözləri Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası informasiya-analitik mərkəzinin nümayəndəsi Andrey Lısenko brifinqdə deyib.

“Donetsk və Luqanskın azad edilməsi üçün plan hazırlanıb və Ukrayna prezidenti tərəfindən təsdiq edilib. Planın detalları barədə məlumat verilmir. Bu terrorçular üçün xoşagəlməz sürpriz olmalıdır”, - A.Lısenko bildirib.

Onun sözlərinə görə, adıçəkilən şəhərlərə gedən bütün yollar hazırda antiterror gücləri tərəfindən mühasirəyə alınıb. “Bütün dinc sakinlər blokpostlar vasitəsilə keçərək Donetsk və Luqanskı tərk edə bilərlər”, - Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəsmisi vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm