Eduard Şevardnadze həyətində dəfn olunacaq - VİDEO
Bizi izləyin

Dünya

Eduard Şevardnadze həyətində dəfn olunacaq - VİDEO

Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadze qəbirstanlıqda dəfn edilməyəcək.

Həftənin bazar günü dəfn olunacaq sabiq prezident uzun illər yaşadığı evinin həyətində torpağa tapşırılacaq. Onun məzarının ölkənin fəxri xiyabanında yer almamasına səbəb isə özünün hələ 2007-ci ildə etdiyi vəsiyyətidir. Gürcüstanın məşhur insanlarının dəfn olunduğu Panteonda torpağa tapşırılmasını istəməyən Şevardnadze məzarının həyətində həyat yoldaşının yanında olmasını vəsiyyət edib. Dəfn mərasiminin maliyyə xərcləri və ümumiyyətlə təşkilatçılığını isə dövlət öz üzərinə götürüb.


Gürcüstan prezidenti Georgi Marqvelaşvilinin sözlərinə görə, bu məsələdə prezident administrasiyası və şəxsən prezidentin özü yaxından iştirak edəcək. Biz onun ailəsinə dəstək olacağıq.

Gürcüstana rəhbərlik etdiyi illərdə Eduard Şevardnadzenin 3 dəfə məruz qaldığı sui-qəsd hadisələrində ölüm ondan yan keçsə də, uzun müddətdir əziyyətini çəkdiyi xəstəliyi onun həyatına son qoydu. Ölkədə daha çox yaşlı nəsil tərəfindən sevilən Şevardnadzenin ölümü kütlə arasında hüznlə qarşılanıb.

Eks prezidenti son dəfə görmək istəyənlər həftənin cümə axşamı və cümə günlərində onun mülkünə, şənbə günü isə ölkədə xristianların ən böyük ibadət yeri olan Sameba kilsəsinə üz tutacaqlar.

Vida və dəfn mərasimlərilə bağlı artıq Gürcüstanda fəaliyyət göstərən xarici ölkələrin nümayəndəliklərinə məktub göndərilib.

Dəfn günündə isə ölkənin bütün dövlət qurumlarında və xarici ölkələrdə fəaliyyət göstərən səfirliklərində bayraqlar endiriləcək. (ANS)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm