Ukrayna separatçıları muzdlu yığır
Bizi izləyin

Dünya

Ukrayna separatçıları muzdlu yığır

Ukrayna ordusunun həyata keçirdiyi əməliyyatlar nəticəsində geri çəkilmək məcburiyyətində qalan separatçılar muzdlular toplayır.


Publika.az-ın məlumatına görə, belə bir iddia ilə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının sözçüsü Andrey Lısenko çıxış edib.

Onun sözlərinə görə, ölkənin şərqində həyata keçirilən əməliyyatlar nəticəsində kiçik şəhərlərdən böyük şəhərlərə geri çəkilən separatçılar 20 min rubl maaşla (təxminən 587 dollar) muzdlu yığır.

Hər keçən gün separatçıların xalq dəstəyini itirdiyini bildirən Lısenko separatçıların bu məbləği verməyə hazır olduğunu deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm