Dünya
Jirinovskinin “sağ əli” qətldə şübhəli bilinir
Jirinovskinin partiyasının üzvü, Rusiya Dumasının deputatı Aleksey Mitrofanov qətl hadisəsində şübhəli bilinir.
Publika.az “Kommersant” qəzetinə istinadən xəbər verir ki, qətlə yetirilmiş biznesmen Oleq Derqilyovun həyat yoldaşı Olqa Derqilyova baş prokurorluğa Mitrofanovdan şikayət yazıb.
Xəbər verilir ki, 2013-cü il oktyabrın 10-da Samara şəhərində alkoqollu içkilərin satışını həyata keçirən marketlər şəbəkəsinin sahibi Oleq Derqilyovun avtomobili üzlərində maska olan naməlum silahlılar tərəfindən saxlanılıb. Onlar biznesmenin əllərini bağlayaraq meşəyə aparıb, sonra onu güllələyiblər.
Olqa Derqilyova Rusiyanın baş prokuroru Yuri Çaykaya yazdığı şikayətdə göstərib ki, deputat Mitrofanovun qətllə bağlılığını araşdırmaq lazımdır. Mitrofanovun Derqilyovu öldürtmək üçün motivləri olub. Belə ki, ərinin ölümündən sonra qadın evdə bəzi sənədlər tapıb. Sənədlərdən aydın olur ki, biznesmen ölümündən əvvəl Aleksey Mitrofanova milyon yarım avro məbləğində borc verib.
Mitrofanov iddia edir ki, borcu qaytarıb. Ancaq bunu təsdiq edən heç bir sənəd yoxdur.
İlqar
-
Nida Xəbər 11:15
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edir - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?