Yapon professordan zəlzələ ilə bağlı QORXULU AÇIQLAMA: "Növbəti 50 ildə..."
Bizi izləyin

Dünya

Yapon professordan zəlzələ ilə bağlı QORXULU AÇIQLAMA: "Növbəti 50 ildə..."

Növbəti 50 il üçün seysmoloji proqnoz vermək mümkünsüzdür.

Publika.az xəbər verir ki, bunu yaponiyalı seysmoloq, Vaseda Universitetinin professoru Masanori Hamada deyib.

Zəlzələ ilə bağlı aparılan araşdırmaların çox zaman uğursuzluqla nəticələndiyini bildirən mütəxəssis heç kimin zəlzələnin zamanını proqnozlaşdıra bilməyəcəyini açıqlayıb.

“Yaponiyada zəlzələlərin proqnozlaşdırılması işlərinə böyük büdcə ayrılır və enerji xərclənir. Məncə, bu, böyük zaman və pul itkisidir. Zəlzələnin proqnozu zamana və məkana görə verilir. Bu iki istiqamətdə proqnoz vermək isə mümkünsüzdür. Peyk görüntüləri vasitəsilə yerin hərəkəti ölçülə və bu hərəkətlər ilə keçmişdəki zəlzələlər müqayisə edilərək ehtimal əldə oluna bilər. Ancaq bu bilgi həm tarix, həm də məkan baxımından doğru olmayacaq. Bəlkə gələcəkdə bunu bacarmaq mümkün olacaq. Amma hələ ki, deyil. Bu işlərin maliyyəsi çox yüksəkdir. Ona görə də bunun yerinə zəlzələyədavamlı binalar, şəhər dizaynı yaratmaq daha faydalı olacaq. Yalnız bu şəkildə həyati əhəmiyyətli təhlükələrin qarşısını ala bilərik”.

Professor qeyd edib ki, qlobal istiləşmə zəlzələlərə təkan verə bilər: “Qlobal istiləşmənin təkan verdiyi bəzi təbiət hadisələri ola bilər: yağış, fırtına və tayfun kimi. Bunlar da daşqın və eroziya kimi təbii fəlakətlərə yol aça bilir. Lakin birbaşa təsirdən söhbət gedə bilməz. Bununla bağlı əlimizdə bu an üçün konkret bilgi yoxdur”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm