Ukrayna ilə Rusiya türk qızıllarını bölə bilmir
Bizi izləyin

Dünya

Ukrayna ilə Rusiya türk qızıllarını bölə bilmir

Krımdakı muzeydən sərgilənmək üçün Hollandiyaya aparılan Skif qızılları Rusiya və Ukrayna arasında böyük qalmaqala səbəb olub.

Axar.az xəbər verir ki, iki ölkə arasındakı gərginlik Krımın mart ayında Ukraynadan ayrılaraq, Rusiyaya daxil olmasının ardından qızılların hansı ölkədə qalacağı səbəbindən yaranıb. Bu barədə Hollandiya tərəfi qərarsız qaldığını açıqlayıb.

Ukrayna Mədəniyyət Nazirliyi Hollandiya Xarici İşlər Nazirliyinin əsərlərin Kiyevə aid olduğunu təsdiqlədiyini və qısa müddətdə təslim ediləcəyini bildirsə də, Rusiya mətbuatına danışan Amsterdam universitetinin mətbuat nümayəndəsi Kim Cansen sərginin hələ avqustun 31-nə kimi davam edəcəyini açıqlayıb.

Xatırladaq ki, fevral ayında Krımda dörd ayrı muzeydən iki min tarixi əşya və əsər sərgilənmək üçün Hollandiyanın paytaxtı Amsterdama aparılmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm