DÜNYA ŞOKDA: dəhşətli hücum, aralarında türklərin də olduğu onlarla ölü var - FOTO - (YENİLƏNDİ)
Bizi izləyin

Dünya

DÜNYA ŞOKDA: dəhşətli hücum, aralarında türklərin də olduğu onlarla ölü var - FOTO - (YENİLƏNDİ)

Somalinin paytaxtı Moqadişuda gerçəkləşən terror aktının məsuliyyətini “Əl-Qaidə” təşkilatının “Əş-Şabab” qruplaşması öz üzərinə götürüb.

***

14:19

Somalinin paytaxtı Moqadişuda gerçəkləşən terror aktı nəticəsində ölənlərin sayı 100-ə çatıb, 50-dən çox insan yaralanıb.

Publika.az xəbər verir ki, təhlükəsizlik mənbələrindən əldə olunan məlumata görə, bomba quraşdırılmış avtomobil tələbələrin avtobusu keçən əsnada partlayıb.

Somali hökumətinin mətbuat katibi İsmayıl Muxtar “Associated Press” agentliyinə açıqlamasında ölü sayının artma ehtimalının olduğunu bildirib.

***

12:38

Somalinin paytaxtı Moqadişuda təşkil edilən terror aktı Maliyyə Nazirliyinə aid Vergilərə Nəzarət Palatası yaxınlığında olub.

Publika.az xəbər verir ki, ölü və yaralı sayının artacağı ehtimal edilir.

Hücumun məsuliyyətini öz üzərinə götürən olmasa da, “Əl-Qaidə” terror təşkilatının “Əş-Şabab” terror qruplaşması tərəfindən ölkədə tez-tez belə hadisələrin törədildiyi məlumdur.

***

Somalinin paytaxtı Moqadişuda minalanmış avtomobil partladılıb.

Publika.az xəbər verir ki, hadisə nəticəsində 94 nəfər ölüb.

Həlak olanlardan 73-ü dinc sakin, 17 nəfəri polis əməkdaşı, 4-ü isə Türkiyə vətəndaşı olub.

Hücumun məsuliyyətini heç bir qruplaşma öz üzərinə götürməyib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm