Liviyada atəşkəs tətbiq olundu
Bizi izləyin

Dünya

Liviyada atəşkəs tətbiq olundu

Liviyada general Xəlifə Haftar Rusiya və Türkiyənin atəşkəs təklifini qəbul edib.

Publika.az Anadolu agentliyinə istinadən xəbər verir ki, bu barədə generalın rəhbəri olduğu “Liviya Milli Ordusu”nun mətbuat xidmətindən açıqlama verilib. Bildirilib ki, qarşı tərəf hücum həyata keçirərsə, atəşkəs pozulacaq və sərt cavab veriləcək. Atəşkəs gecə saatlarından etibarən tətbiq olunub.

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiyanın dövlət başçısı Vladimir Putin Liviyada atəşkəsin tətbiq olunması üçün çağırış etmişdi. BMT-nin tanıdığı Liviya Milli Birlik hökuməti atəşkəsi qəbul etmişdi.

Anar Türkeş

Oxumağa davam et
Reklam
Reklam

Gündəm