Dünya
Terrorçular strateji yüksəkliyi ələ keçirib
Separatçılar Donetsk vilayətinin ən yüksək strateji nöqtələrindən birini ələ keçirib.
Publika.az-ın lifenews.ru saytına istinadən verdiyi məlumata görə, ələ keçirilən Saur-Moqiloy yüksəkliyi Şaxterskom rayonundadır.
Ukrayna ordusunun əsas gücləri, xüsusi olaraq 72-ci qvardiya hazırda Sverdlovsk şəhərində cəmlənib. Separatçıların ələ keçirdiyi Saur-Moqiloy yüksəkliyindən isə Ukrayna hərbi güclərinin aydın göründüyü bildirilir.
“Saur-Moqiloy hündürlüyündən Ukrayna ordusunun böyük miqdarda tank, zirehli texnika və artilleriyanın olduğu cənub qrupu aydın müşahidə edilir”, - xəbərdə deyilir.
Həmçinin qeyd olunur ki, dünən Lvov vilayətindən çağırılan hərbi qrup Luqansk vilayətinin Zelenopolya şəhərinin silahlıları tərəfindən atəşə tutulub. Hücum nəticəsində təxminən 30 hərbçinin öldüyü deyilir. “Donetsk Xalq Respublikası”nın “müdafiə naziri” İqor Strelkov da bu informasiyanı təsdiqləyib.
Ömər Dağlı
-
Magazin120:36
"Həcim olsaydı, dərdim nə idi?" - Müğənnidən qalmaqallı açıqlama - VİDEO
-
MDB19:50
Rusiyadan Qərbə xəbərdarlıq
-
Magazin119:40
Nadirin səhhətində problem yarandı - AÇIQLAMA
-
Ekologiya18:45
Hava ilə bağlı XƏBƏRDARLIQ
-
Nida Xəbər 18:15
Ermənistanla sərhəddə 40 dirək quraşdırıldı
-
Sosial17:38
Bakı dünyanın İdman Paytaxtı seçildi
-
İdman16:48
Qazaxıstanlı milyarder İngiltərədə klub aldı
-
Region15:59
Nazir müavininin oğluna 7 il həbs cəzası verildi