Daha bir ölkədə koronavirus aşkarlandı - Hökumət hərəkətə keçdi
Bizi izləyin

Dünya

Daha bir ölkədə koronavirus aşkarlandı - Hökumət hərəkətə keçdi

Çində epidemiyaya çevrilən koronavirusa Finlandiyada da rast gəlinib.

Publika.az xəbər verir ki, dəhşətli virus Çindən gələn turistlərdən birində aşkarlanıb.

Finlandiya Səhiyyə və Rifah İnstitutu faktı təsdiqləyib.

Xəstə Finlandiyanın şimalındakı Laplandiya Mərkəzi Xəstəxanasında təcriddə saxlanılır.

Ölkədə ümumilikdə 15 nəfərin virusa yoluxması ehtimalı var.

Qeyd edək ki, koronavirusa dünyanın 15-ə yaxın ölkəsində rast gəlinib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm