Dünya
İŞİD liderinin ailəsinin şəkilləri yayıldı (FOTO)
İraq və Şam İslam Dövləti qruplaşmasının (İŞİD) özünü
xəlifə elan edən lideri Əbu Bəkr əl-Bağdadinin həyat yoldaşı və
uşaqlarının fotosu yayımlanıb.
ANS PRESS-in məlumatına görə, Bağdadinin xanımı Soca Həmid Diləmə
və uşaqlarının Suriya rejimi tərəfindən həbsxanalardan sərbəst
buraxılan 150 qadın arasında olduğu güman edilir.
Məlumatlara görə, İŞİD liderinin yoldaşı və uşaqları ilə yanaşı bir
də bacısı var.
Qeyd edək ki, Suriyanın paytaxtı Dəməşqin Malula bölgəsində ötən
ilin dekabr ayında Əl Nusra Cəbhəsi tərəfindən 12 rahibə qaçırılıb.
Həmin rahibələr sonradan Livan təhlükəsizlik qüvvələri tərəfindən
Suriya-Livan sərhədində geri qaytarılmışdı. Rahibələrin geri təslim
alınması qarşılığında isə Suriya həbsxanalarından 150-dən çox qadın
məhbus azad edilib. Bağdadinin həyat yoldaşı, uşaqlarının və
bacısının həmin azad edilənlər arasında olduğu iddia edilir.
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO