Tarixin ən böyük faciəsini yaşayan ölkədən xoş xəbər - Yanğınlar söndü
Bizi izləyin

Dünya

Tarixin ən böyük faciəsini yaşayan ölkədən xoş xəbər - Yanğınlar söndü

Avstraliyada aylardır davam edən meşə yanğınlarından xoş xəbərlər gəlməyə başlayıb.

Publika.az xəbər verir ki, Cənubi Uelsdə (NSW) ötən gün başlayan yağış ştat miqyasında tüğyan edən 62 yanğın ocağından 30-nu söndürüb.

Sahil Xilasetmə Xidmətindən verilən açıqlamaya görə, aktiv yanğınların üçdə-biri artıq sönüb. 17-si nəzarətsiz olan 42 yanğın isə hələ də davam edir.

Yağışların həftəsonu intensivliyini artıracağı proqnozlaşdırılır.

Qeyd edək ki, Avstraliya ötən ilin yay aylarından bəri mövsümi yanğınlarla mübarizə aparır. Ölkə tarixinin ən böyük meşə yanğınlarında 33 nəfər ölüb, 3 min ev kül olub, 11 milyon hektardan çox ərazi yanıb. 1 milyarda yaxın heyvan zərər çəkib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm