Separatçılar həlak olanların daxili orqanlarını qara bazarda satır
Bizi izləyin

Dünya

Separatçılar həlak olanların daxili orqanlarını qara bazarda satır

“Slavyansk şəhərini tərk edən separatçılar evlərdə, həyətlərdə yüzlərlə mina qoyublar”.

Publika.az xəbər verir ki, bu haqda Ukrayna Radasının deputatı Aleksandr Briqineç öz “Facebook” səhifəsində yazıb: “Karacun ətrafındakı meşə zolağı ətrafında yüzlərlə separatçının meyiti var. Onlar elə iylənir ki, bir kilometr uzaqlıqdan hiss edirsən. Amma basdırmağa şərait yoxdur. Hər meyitin altında mina var. Ərazi də minalanıb. Bu taktikadan çeçen müharibəsində də istifadə edilirdi. Məqsəd aydındır. Terrorçular ümid edirdilər ki, ukraynalılar meyitləri basdıranda minalar işə düşəcək. Ancaq düşmən tələsini vaxtında sezə bildik... Qoy rus patriotları görsün ki, Putinin əlaltıları olan separatçı komandirlər ölənlərin meyiti ilə nə hoqqa çıxarırlar”.

Ukrayna hərbçilərinə əsir düşmüş Rusiya Baş Kəşfiyyat İdarəsinin polkovniki, Bes ləqəbli İqor Bezler də dindirilmə zamanı şok etiraflar edib.

O deyib ki, separatçıların komandirləri həlak olan döyüşçülərinin daxili orqanlarını qara bazarda satışa çıxarır.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm