Koronavirus 25 milyon insanı işsiz qoyacaq - ŞOK PROQNOZ
Bizi izləyin

Dünya

Koronavirus 25 milyon insanı işsiz qoyacaq - ŞOK PROQNOZ

Koronavirus pandemiyası dünyanın səhiyyə sistemi ilə yanaşı, iqtisadi, sosial sahələrdə də çatışmazlıqları və ehtimal olunan böhranı üzə çıxarıb.

Publika.az xəbər verir ki, Beynəlxalq Əmək Təşkilatının (İLO) "COVID-19 və İş Həyatı: Təsir və Cavablar" adlı ilkin qiymətləndirmə hesabatında pandemiyanın qlobal işsizliyi artıracağı əks olunub.

Hesabata görə, təxminən 25 milyon nəfər işsiz qala və əmək böhranı yarana bilər.

Hesabatda pandemiyanın əmək bazarına təsirini azaltmaq və ya aradan qaldırmaq üçün görüləcək əsas tədbirlər açıqlanıb:

- Sosial müdafiə gücləndirilməli;

- Qısa iş vaxtı, ödənişli məzuniyyət və digər təşviqlərlə məşğulluğun qorunmasına dəstək verilməli;

- Biznesin həcmindən asılı olmayaraq bütün müəssisələrə, yəni mikro, kiçik, orta və iri müəssisələrə maliyyə və vergi dəstəyi verməli;

- Maliyyə və pul siyasəti tədbirləri görülməli;

- İqtisadiyyatın xüsusi sektorları üçün kredit və maliyyə dəstəyi təmin edilməli.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm