Koronavirusda SON RƏQƏMLƏR
Bizi izləyin

Dünya

Koronavirusda SON RƏQƏMLƏR

Dünya miqyasında koronavirusa yoluxanların sayı 938 min 452-yə çatıb.

Publika.az xəbər verir ki, onlardan 47 min 290 nəfəri ölüb.

195 min 388-i isə sağalıb.

Son sutka ərzində 3 min 255 yeni yoluxma, 98 ölüm faktı qeydə alınıb.

695 min 774 nəfərin müalicəsi davam edir. 35 min 757 nəfərin vəziyyəti kritikdir.

Faiz etibarilə, dünyada yaşayan hər 1 milyondan 120, 4 nəfər koronavirus daşıyıcısıdır. Ölüm faizi isə hər 1 milyona 6,1 düşür.

Yoluxma faktına görə dünya sıralamasında ilk üçlükdə ABŞ (215 min 344), İtaliya (110 min 574) və İspaniya (104 min 118) yer alıb. Ən çox ölüm faktı İtaliyadadır – 13 min 155 nəfər. Ən çox sağalanlar isə virusun ortaya çıxdığı Çindədir – 76 min 408 nəfər.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm