Dünya
Nəhəng gəminin heyəti koronavirusa yoluxdu
Naqasaki limanında dayanan “Costa Atlantika” kruiz laynerindəki heyət üzvləri arasında 33 koronavirusa yoluxma halı qeydə alınıb.
NHK telekanalı xəbər verir ki, həmin şəxslər bir neçə gün bundan əvvəl analoji diaqnozun qoyulduğu digər gəminin heyət üzvləri il təmasda olublar. Həkimlər tərəfindən ümumilikdə 57 nəfərdə testlərin keçirildiyi qeyd edilir. Hazırda onların hamısı xüsusi otaqlarda yerləşdiriliblər.
Bildirilir ki, İtaliyada qeydiyyatda olan “Costa Atlantika” kruiz laynerinin ümumilikdə 623 heyət üzvü var. Şərqi Asiya ölkələrinin sahilləri boyunca səyahət edən gəmidə sərnişin yoxdur. Martın 14-dən Naqasaki prefekturasında dayanan gəmidə koronavirusa ilk yoluxma aşkar edildikdən sonra layneri heç kim tərk etməyib.
Əlavə olaraq qeyd edək ki, aprelin 22-dək Yaponiyada koronavirusa yoluxanların ümumi sayı 12 mini ötüb. Koronavirusa yoluxanlardan 236 nəfərin vəziyyəti çox ağırdır, 296 nəfərin isə öldüyü bildirilir.
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi
-
Magazin11 May 20:30
"Komedixana"nın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO