Bill Qeytsdən vaksinin hazırlanması ilə bağlı NÖVBƏTİ AÇIQLAMA
Bizi izləyin

Dünya

Bill Qeytsdən vaksinin hazırlanması ilə bağlı NÖVBƏTİ AÇIQLAMA

Amerikalı milyarder və “Microsoft”un həmtəsisçisi Bill Qeyts bloqunda "Covid-19" peyvəndi haqqında bilməli olduğunuz məlumatlar” adlı yazı nəşr edib.

Publika.az xəbər verir ki, milyarder koronavirusun vaksininin ən yaxşı halda 9 aya hazır olacağını qeyd edib.

“Microsoft”un qurucusunun bloq yazısındakı digər diqqət çəkən məqam peyvəndin bütün insanlara təqdim edilə biləcəyini vurğulaması olub. Qeyts hesab edir ki, ən yaxşı ehtimalda 7 milyard vaksinə ehtiyac olacaq. Sahibkar vaksinin ikiqat doza olduğu təqdirdə bu sayın iki dəfə artacağını deyib.

Qeyd edək ki, bir neçə gün əvvəl Bill Qeyts CNN telekanalında çıxış edərkən daha bədbin proqnoz vermişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm