Dünya
Malayziya hava yollarının qara ili
4 ay ərzində “Malaysia Airlines” artıq
2 təyyarəsini itirib. ANS PRESS-in məlumatına görə, Donetsk
vilayətində vurulan “Boinq-777” təyyarəsindən öncə, 8 mart günü
Kuala-Lumpurdan uçan eyni tip təyyarə yoxa çıxıb. Bu günə kimi
təyyarənin harda olduğu bilinmir.
227 sərnişin və 12 ekipaj üzvü daşıyan təyyarə
Pekinə reys edirdi. Hakmiyyətin irəli sürdüyü fərziyyəyə əsasən
təyyarə bilinməyən şərtlər əsasında istiqamətini dəyişib, bundan
bir saat sonra isə radarlardan yoxa çıxıb. Bu zaman o Vyetnam
ərazisində olub.
Güman edilir ki, təyyarə Hind Okeanına düşüb.
Dağıntıların axtarışı hələ ki, nəticəsizdir, lakin yeni
avadanlıqların cəlb edilməsi ilə davam edəcək. Malayziya Müdafiə
Nazirliyinin məlumatına görə, döyüş gəmilərinin birinə böyük
dərinlikləri araşdırmaq üçün güclü səsqaytarıcılar qoşulacaq. Bu
gəmi Avqustun ortalarında axtarış sahəsinə çatacaq. Dərinliklərdə
axtarışı Çin tərəfi də edir.. Xilasedicilər ərazinin 60,000 kvadrat
kilometr sahəsini araşdırmaq niyyətindədirlər.
-
Sosial00:45
Polad Həşimovun anası Hökümənin həyat yoldaşı ilə görüşdü - VİDEO
-
Səhiyyə00:30
Əhali arasında yayılan virus çox təhlükəlidir - ÖLÜM RİSKİ VAR / VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Romantik münasibətləriniz güclənə bilər
-
Mistika2 Yanvar 23:24
"Yeni Nostradamus"dan proqnozlar - 2025-ci ildə nələr baş verəcək?
-
Dəb2 Yanvar 22:48
Məşhur moda brendinin yaradıcı VƏFAT ETDİ - FOTO
-
Magazin12 Yanvar 22:24
Tolik MTV-dən getdi
-
Magazin22 Yanvar 21:12
Türkiyənin məşhur müğənnisi VƏFAT ETDİ - FOTO
-
Magazin12 Yanvar 20:34
Xanımından Azərlə bağlı paylaşım - FOTO