Dünya
Xəzərin bu hissəsində çimərliklər açılır
4 iyundan etibarən İranın şimalında yerləşən Mazandaran vilayətində Xəzər dənizi çimərlikləri turistlər üçün açılacaq.
Publika.az xəbər verir ki, bunu İranın Mazandaran vilayəti valiliyinin ictimai və mədəniyyət məsələləri üzrə idarəsinin baş direktoru Əli Rəcəbi deyib.
Onun sözlərinə görə, İranın Koronavirusla Milli Mübarizə Komitəsi Mazandaran vilayətində çimərliklərin açılması ilə bağlı qərarın verilməsini valiliyə həvalə edib.
Valilik rəsmisi deyib ki, turistlər sadəcə çimərliklər üçün təyin olunan ərazilərdən istifadə edə bilərlər.
“İstirahət üçün Xəzər dənizinin sahillərini seçən turistlər koronavirusun yayılmasının qarşısının alınması ilə əlaqədar səhiyyə protokollarına və digər qaydalara riayət etməlidirlər”, – deyə o qeyd edib.
Rəcəbi əlavə edib ki, 15 sahil şəhərində səhiyyə protokolları əsasında fəaliyyətlər mərhələli şəkildə bərpa olunur.
Qeyd edək ki, İranda bu günədək (31 may) 151 466 nəfər koronavirusa yoluxub, 7 797 nəfər ölüb, 118 848 nəfər isə sağalıb. / Modern.az
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi