Dünya
ABŞ bütün dünyanı aldadıb
Apollon 11 — Apollon proqramı çərçivəsində insanın Ay
səthinə enməsinin həyata keçirildiyi ilk uğurlu missiya. ANS
PRESS-in məlumatına görə, bu uçuş Apollon layihəsi üzrə təşkil
olunmuş beşinci kosmik uçuş olmaqla, əvvəlki 4 sınaq uçuşunun
uğurlu yekunu idi.
45 il öncə 1969-cu il iyulun 16-da Saturn V raketi vasitəsilə Keyp
Kennedi kosmodromundan qalxan Apollon 11-in heyəti komandir Neyl
Alden Armstronq, idarə modulunun pilotu Maykl Kollins və ay
modulunun pilotu Edvin Yucin Oldrindən ibarət idi. İyulun 20-də
"İql" (Eagle) adlı Ay moduluna keçən Armstronq və Oldrin iyulun
21-də səhərin erkən saatlarında Aya ayaq basdılar, ekipajın üçüncü
üzvü Maykl Kollins Ay orbitində dövr edən İdarəetmə modulunda
qaldı. Ayın səthinə ilk addım atan Neyl Armstronq həmin an demişdi:
"Bu, insan üçün kiçik bir addım, bəşəriyyət üçün isə böyük bir
sıçrayışdır".
Bəs görəsən insanın aya ilk addım atması haqqında yuxarıdakı rəsmi
məlumat nə dərəcədə doğrudur? Məsələ burdadır ki, bu gün ABŞ da
daxil olmaqla bir çox dünya alimləri bütün dünya tərəfindən rəsmi
qəbul edilən insanlığın bu “sıçrayışını” tutarlı isbatlarla qəbul
etmirlər. Onlar bunu sadəcə ABŞ-nin SSR-nin ilk insanı kosmosa
göndərməsinə ideoloji bir cavab məcbur qalıb danışdığı böyük bir
yalan kimi qiymətləndirirlər. ABŞ aya adam göndərməyi hələ
bacarmasa da, Hollivud studiyaları ustalıqla bunu insanlar üçün
təşkil edə bilərdi.
İsbatlar sırasında bu iddialar var ki: 1. radiasiya səviyyəsi çox
yüksək olan ay səthində o vaxtki aparatlarla belə ideal şəkillərin
çəkilməsi mümkünsüzdür. 2 Ümumiyyətlə insanlığın bu günə qədər bu
cür radiasiyada nəinki Apollon 11 astronavtları kimi qaça bilmək,
heç 1 saniyə qalması üçün araşdırmaları hələ də davam edir. 3.
Apollon 11 şəkillərində bir günəş işığının yerinə 3 projektor
işiğının aydın sezilməsi. 4. Bu qədər təkzibə baxmayaraq ABŞ-nin
bir dənə belə yeni isbat göstərməməsi. Belə ki, Hazırda Marsdan
belə yüksək keyfiyyətli şəkillər çəkə bilən NASA-nın nədənsə ayda
saxlanılan Apollon 11 gəmisnin bir dənə də olsun yeni şəklini
təqdim etməməsi şübhə doğurur. 5. Və nəhayət məşhur bayraq isbatı.
Bildiyimiz kimi hava olmayan ay səthində ABŞ bayrağının küləklə
dalğalanmasının necə mümkün olması sualına NASA-dan bir dənə belə
nəinki tutarlı heç tutarsız da cavab gəlməyib.
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı