Türkiyədən ermənilərə "Ağrı dağı qolu"
Bizi izləyin

Dünya

Türkiyədən ermənilərə "Ağrı dağı qolu"

Hər fürsətdə Azərbaycanla yanaşı Türkiyəyə qarşı da torpaq iddiaları ilə çıxış edən Ermənistan növbəti həyasızlığa imza atıb.

ANS PRESS-in məlumatına görə, Balkan Atletika çempionatına ev sahibliyi etmək üçün çəkilən tanıtım filminə Ağrı dağı və İshakpaşa sarayı salınıb.

Ermənilərin həyasızlığı Türkiyə ilə yanaşı, Atletika Federasiyasının digər üzvlərinin də narazılığına səbəb olub. Qurumun gürcüstanlı üzvü "Ağrı dağı Türkiyədədi, bunun ermənilərə nə dəxli var" deyib.

Türkiyə Ermənistanın bu hərəkətini cavabsız qoymayıb. Belə ki, Türkiyə Atletika Federasiyasının prezidenti Fatih Çintimar oktyabr ayında ev sahibliyi edəcəkləri Balkan Atletika çempionatını Ağrıya təyin edib. Federasiya bununla kifayətlənməyərək mükafatlandırma mərasimini İshakpaşa sarayında keçirmək qərarına gəlib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm