Dünya
“Eurovision”ın Amerika versiyası yaradılır
2021-ci ildə ABŞ-da “Eurovision” mahnı müsabiqəsinin Amerika versiyası – “American Song Contest” keçiriləcək.
Publika.az xəbər verir ki, bu barədə Avropa Yayım Birliyi (AYB) məlumat yayıb.
Bildirilib ki, “American Song Contest” mahnı müsabiqəsində ölkənin müxtəlif ştatlarını təmsil edən musiqiçilər bir araya gələcəklər. Seçim turlarından sonra yarımfinal keçiriləcək, müsabiqə isə böyük finalla başa çatacaq.
“Eurovision” mahnı müsabiqəsinin icraçı direktoru Martin Osterdalın sözlərinə görə, “Eurovision” mahnı müsabiqəsinin böyük populyarlıq qazanmasının səbəbi 65 illik tarixə söykənir və onun nüfuzu hələ də artmaqda davam edir. İndi isə bu cür tədbirin Amerikada keçirilməsinin tam zamanı yetişib. O vurğulayıb ki, musiqiyə olan sevgi dünyəvidir və o, insanları birləşdirmək üçün bütün sərhədləri aşmaq iqtidarındadır.
AYB-nın məlumatında, həmçinin qeyd olunub ki, “American Song Contest” mahnı müsabiqəsi keçirilməzdən əvvəl ölkədə akademiya yaradılacaq. Burada peşəkar musiqiçilərdən ibarət məsləhətçi qrup fəaliyyət göstərəcək. Ölkənin ən tanınmış artistləri və məşhur ifaçılar münsiflər heyətini formalaşdıracaq. Bu münsiflər heyəti auditoriya ilə birlikdə ölkənin 50 ştatından istedadlı insanları tapıb seçəcək. Seçilənlər sırasında həm solo ifaçılar, duetlər, həm də maksimum 6 nəfərdən ibarət musiqi qrupları olacaq.
-
Nida Xəbər 11:15
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edir - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?