Dünya
İlin ilk POZİTİV XƏBƏRİ: Bir gündə iki sülh sazişi imzalanacaq
Sentyabrın 15-də Birləşmiş Ərəb Ölkələri ilə birlikdə daha bir dövlət İsraillə sülh müqaviləsinə imza atacaq.
Publika.az "RİA Novosti"yə istinadla xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın müşaviri və eyni zamanda kürəkəni Cared Kuşner Bəhreynin nümayəndəsinin bundan ötrü Vaşinqtona gələcəyini deyib.
“Ağ Evdə imza törəni çərşənbə axşamı olacaq. Nəzərdə tutmuşduq ki, İsraillə BƏƏ üçün mərasim təşkil edək, ancaq indi o, daha böyük əhəmiyyət kəsb etməyə başladı, çünki Bəhreyn sazişi imzalamaq üçün öz xarici işlər nazirini göndərəcək”, - Kuşner jurnalistlərə deyib.
“Bu, çox nadir hadisədir – bir gündə iki sülh sazişi. Bu onu göstərir ki, regionda sülh, sabitlik və ünsiyyət istiqamətində addımlar atılır”, - Kuşner əlavə edib.
“Razılaşmanın detallarına gəldikdə... İsraillə Bəhreyn arasında elə də çox görüş olmamışdı. Biz ölkə rəhbərlikləri arasında münasibətlərdə sıçrayışa nail olduq, indi insanlar bir-birini tanımaq, müzakirələr aparmaq üçün işçi səviyyədə toplanacaqlar. Onlar bu imkanı səbirsizliklər gözləyirlər”, - Trampın müşaviri deyib.
O əmindir ki, İsraillə Bəhreyn arasında kommersiya və ticarət sahələrində digər razılaşmalar əldə olunduqca “daha çox detal” bəlli olacaq.
Bununla Kuşner gələn həftə Vaşinqtonda ölkələr arasında ikitərəfli münasibətlərin inkişafının detallı planını ehtiva etməyən çərçivə sənədinin imzalanacağına eyham vurub.
Buna qədər İsraili yalnız iki ərəb ölkəsi – Misir və İordaniya – dövlət kimi tanıyırdı.
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO