Dünya
Hizbullah lideri ərəbləri “topa tutdu”
Hizbullah lideri "Dünya Qüds günü" ilə bağlı iştirak etdiyi
tədbirdə Qərbi və Ərəb dünyasını qınaq obyektinə çevirib.
ANS PRESS-in məlumatına görə, Hizbullah lideri Həsən Nəsrullah
Livanın paytaxtı Beyrutun cənubundakı Dahiyədə "Dünya Qüds günü"
ilə bağlı keçirilən tədbirdə iştirak edib.
Nəsrullah tədbirdə etdiyi çıxışla yadda qalıb. Hizbullah lideri
çıxışı zamanı, ''Fələstinlilərin zəfəri bizim zəfərimiz,
məğlubiyyəti bizim məğlubiyyətimizdir" deyib.
“Əminəm, bəzi Ərəb liderləri Netanyahuya zəng edərək "hücumlara
davam et" deyirlər. Beləcə mübarizəninin uğuruna mane olmağa
çalışırlar. Ən pisi budur ki, bəzi Ərəb mediası Fələstinli uşaqları
öldürən İsrail əsgərlərinə qarşı xoş münasibət göstərən xəbərlər
yayırlar. Ordusuna güvənə bilməyən İsrail isə Fələstin müqavimətini
qırmaq üçün hücumlarını uşaq və qadınları öldürməklə başlatdı." -
deyə, Nəsrullah çıxışında bildirib.
Hizbullah lideri İraqda kilsə və məscidlərin dağıdılmasının
Qüdsdəki Məscidi-Əqsanın dağıdılması üçün zəmin olacağından
qorxduğunu dilə gətirib: "İraq Şam İslam Dövləti (İŞİD) silahlıları
İraqda məscid, kilsə və peyğəmbər türbələrini hədəf seçirsə, İsrail
ordusa niyə dağıtmasın?!"
Sonda, Həsən Nəsrullah həmişə Fələstin xalqının yanında olacağını
bildirib. Həmçinin, Qərb və Ərəb dünyasını baş verənlərə qarşı
laqeyd qalmaqda günahlandıraraq, “onlara qalsa, "nə qədər ki,
əlinizə fürsət düşüb, birdəfəlik məsələni həll edin" deyəcəklər” -
deyə çıxışında Hizbullah lideri Həsən Nəsrullah qeyd edib.
-
Kriminal18:36
İçki məclisi QANLA BİTDİ: Seyfullayev qətlə yetirildi
-
İdman18:24
Klopp və Salah arasında dava düşdü - VİDEO
-
Qoroskop17:18
Bürclər üçün gözlənilən xəbər: Önümüzdəki 4 ay boyunca...
-
Qarabağ 16:38
Sühməramlılar bu tarixə qədər Qarabağı tam tərk edəcək
-
Sosial15:57
Azərbaycanda özünün xəbəri olmadan “şirkəti” olanlar: Vətəndaşı necə aldadırlar?
-
Dünya15:44
Bu ölkə ukraynalı diversantlara təlim keçir: Rusiya sərhədini yaracaqlar
-
Hadisə15:17
Ali Məhkəmənin hakimi intihar etdi - Şok səbəb
-
Rəsmi xronika14:54
Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı SƏRƏNCAM