“Yəhudilər Çinə gedib, Amerikanı yıxacaq” - Şok
Bizi izləyin

Dünya

“Yəhudilər Çinə gedib, Amerikanı yıxacaq” - Şok

“Bu gün Qəzzada axan qanın səbəbi Lozannada atılan yanlış addımlardır”.

Publika.az xəbər verir ki, bu barədə məşhur türk tarixçisi Kadir Misiroğlu deyib. Onun sözlərinə görə, Lozanna anlaşması Osmanlının yağmalanmasıdır: “Çünki bu anlaşmada Misirdən, Yəməndən belə əl çəkməyimizə dair maddələr var. Məqsəd İslamdan intiqam alınaraq bütün İslam dünyasının başsız buraxılmasıdır. Bu gün Fələstində, Orta Şərqdə baş verənlərin Lozannada buraxılan səhvdir”.

Misiroğlu Orta Şərq xəritəsi haqda olduqca ilginc açıqlama verib.

“Bu gün Fələstində səsvermə olsa, xalqın 99 faizi Türkiyəyə birləşmək istəyəcək. Şərq Osmanlını axtarır. Suriya da Türkiyəyə birləşmək istəyəcək, İraqın özü də. Hətta kürdlər belə İraqdan qopartdıqları parçanı bizə verəcəklər. Dünyada iki güc qalacaq: Yəhudi və İslam dünyası. İslam dünyasının lideri Türkiyədir, Yəhudi dünyasının lideri isə Çin olacaq. 1918-ci ildə Mədinədə 15 min əsgərimiz var idi. Onlar Mədinəni tərk etməsinin səbəbi 1918-ci ilin oktyabrında Fələstin cəbhəsindəki İldırım Orduları qrupunun çökməsi idi. Bu həm də Fələstinin yəhudilərin əlinə keçməsi idi. XX əsrdə yəhudilər Amerikadan istifadə etdilər, amma indi oranı tərk edirlər. Çünki Amerika artıq yardım etməkdən bezdi”,- deyə tarixçi bildirib.

Misiroğlu qeyd edib ki, Çinə köçən yəhudilər Amerikadan tamamilə çıxandan sonra ABŞ-ı məhv edəcəklər: “Amerikanı çökdürəndən sonra Çini alacaqlar. Hindistanda bir təriqət “İslam aləminin başına türk millətini keçir, Allahım” deyə dua edir. I Dünya müharibəsində ən böyük məğlubiyyət də Fələstin cəbhəsidir. Abdülhamid deyirdi: “İnqilab edən ordular hərb edə bilməzlər”. Rusiya gəmisini batıran bir yəhudi Osmanlını müharibəyə soxdu. Bizim o vaxt 10 milyon əhalimiz var idi. İndi 90 milyon. O vaxt bu qədər əhalimizin olacağını bilsəydilər, bu torpaqları buraxmazdılar. İslam dünyası Osmanlıdan sonra əsarətə düşdü. Bu gün isə dünyada varlığı qəbul edilən, səsi çıxan, "mən də varam" deyən bir Türkiyə vardı. İsrail zərbəni bizdən alacaq. İslamın ən mütərəqqi dövrü qarşıdadır. Bu dövrün lideri yenə Türkiyə olacaq”.

Misiroğlu Ərdoğanın siyasətini təqdir etdiyini və onun hərəkətlərində osmanlının ayaq səslərinin eşidildiyini deyib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm