Dünya
Metroda maşinist yatdı, qəzanın qarşısı son anda alındı
Moskva metrosunun Arbat-Pokrovski xəttində “Mendeleyevski” stansiyasına doğru hərəkət edən qatarın maşinisti kabinədə yatıb.
Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, iyulun 15-də baş verən və 23 nəfərin ölümünə səbəb olan faciəli hadisə iyulun 28-də səhər saatlarında yenidən təkrarlana bilərdi. Məlumatda qeyd edilir ki, Serpuxovski-Timiyazevski xətti ilə hərəkət edən qatarın maşinisti iş yerində yuxuya gedib və qatarı “Mendeleyevski” stansiyasında saxlamayıb. Qatarların toqquşmasının qarşısını isə təcili əyləc saxlama sistemi alıb.
Yoxlama zamanı məlum olub ki, insident Moskva vaxtı ilə saat 09:46-da baş verib. Mərkəzdən hərəkət edən qatarın 12 illik iş təcrübəsi olan maşinisti stansiyadan 9 metr uzaqlaşıb, qatar dayananda isə qapıları açmayıb. Günahkar hətta hadisə barədə rəhbərliyə məruzə də etməyib. Moskva şəhər metro xidməti rəhbərliyindən verilən məlumata görə, maşinistin yatması çox nadir hadisədir.
-
Magazin216:17
Acun Ilıcalıya ağır itki - FOTO
-
Elm və təhsil15:40
Bu şəxslərin diplomu tanınmadı
-
Nida Xəbər 14:58
Vilayət Eyvazov bu generalı özünə müşavir təyin etdi - FOTO
-
Magazin114:02
Hamını aldadıblarmış... - Qızı Təranəni ifşa etdi
-
Qarabağ 13:56
Kəlbəcərdə bədbəxt hadisə - Xəsarət alanlar var
-
Hadisə13:30
Bakıda kişi sevdiyi qıza görə küçədə özünə OD VURDU - VİDEO
-
Kriminal12:41
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: daha bir nəfər saxlanıldı
-
Dünya12:01
İngiltərə Ukraynaya “yaşıl işıq” yandırdı: Bizim silahlarla Rusiyanı vur