Dünya
Kilsələr Birliyindən qondarma soyqırım addımı
Dünya kilsələri Türkiyəyə qarşı. Dünya Kilsələr Birliyinə (WCC) üzv olan kilsələr 2015-ci il aprelin 24-də qondarma erməni soyqırımını tanımağa hazırlaşır.
ANS PRESS-in məlumatına görə, bunu erməni iddiaları ilə mübarizə dərnəyi (ASİMDER) rəhbəri Göksel Gülbey deyib. Onun sözlərinə görə, kilsələr guya öldürülən 1,5 milyon ermənini şəhid olduğunu iddia edərək, Türkiyəyə qarşı dindən istifadə edib təyziq etməyi planlaşdırırlar.
“2013-cü ildə 30 oktybar– 8 noyabr tarixlərində Dünya Kiliseler
Birliyi (WCC) Busanda (Cənubi Koreyada) gerçəkləşdirilən toplantıda
erməni rahib katolikos II. Qarageni səsçoxluğu ilə WCC-nin 8
sədrindən biri seçib. WCC-nin qondarma erməni soyqırımının 100
illiyi tədbirinlərində iştirak qərarı narahatlıq yaradır.
WCC-yə üzv olan kilsələr beynəlxalq təşkilatlar, hüquq
müdafiəçilərinin iştirakı ilə Cenevrədə beynəlxalq konfrans
keçirəcəklər. Burada qondarma soyqırımı qurbanlarını anmaq üçün
ayin olması və qondarma soyqırımın tanınması üçün WCC-yə üzv
kilsələrin duaya dəvət edilməsi haqqında qərar verilib".
Gülbey Türkiyə və Azərbaycandakı kilsələrin də WCC üzvü olduqlarını
və bu konfransa qatılacağını deyib. O, iki ölkənin də rəsmilərini
bu məsələ ilə bağlı araşdırma aparmağa, xəbərdarlıq etməyə
səsləyib.
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq
-
Sosial10:05
“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ
-
Region09:48
Türkiyə ordusunun daha bir hərbçisini ildırım vurdu
-
Sosial09:29
Elektrik və qazla bağlı yeni qərar qiymətlərə necə təsir edəcək? - VİDEO
-
Magazin108:40
“Yalı çapkını“na vida etdi - FOTO
-
Dünya08:10
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi