Dünya
Kişi qızı bildiyi qadını küçədə güllələdi
Yaşlı kişi qızına bənzətdiyi qadını güllələyib.
Publika.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, hadisə Bursa şəhərində baş verib. İnşaatda işləyən 67 yaşlı Heydər Engin səhər saatlarında şəhərin Kiçik Sənaye Metro stansiyası yaxınlığında 31 yaşlı Rəmziyə Yıldızı tapançadan açdığı atəş nəticəsində yaralayıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub və cinayəti törədən Heydər Engin saxlanıb.
Polisin araşdırmasından sonra hadisənin təfərrüatları ortaya çıxıb.
Məlum olub ki, H.Engin qızını sevdiyi oğlana vermədiyinə görə qızı hələ 10 il əvvəl ailəsini tərk edib. Bu müddət ərzində ailə qızından xəbər tutumayıb. Lakin bir müddət əvvəl qonşular ona qızını gördüklərini və onun pis yola düşdüyü barədə xəbər çatdırıblar. Bundan əsəbiləşən H. Engin Kiçik Sənaye Metro dayanacağının qarısına gələrək orada bir müddət izlədiyi qadına yaxınlaşıb və “sən mənim qızıma çox bənzəyirsən” deyib. Bu hal bir neçə dəfə baş versə də, Rəmziyə Yıldız şəxsiyyətini təsdiq edən sənədi ona göstərərək qızı olmadığını, ondan əl çəkməsini xahiş edib. Lakin fikrindən dönməyən yaşlı kişi qadınla mübahisə edərək üzərindəki tapança ilə onu vurub. Qadın sinəsindən aldığı güllə yarasından xəstəxanaya yerləşdirilib.
Hazırda R.Yıldızın vəziyyətinin ağır olduğu bildirilir.
Simnarə
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər