Dünya
Liviyalılar ölkəni tərk edirlər
Liviyada yaşanan zorakılıqlar qonşu ölkələrə də təsirsiz ötüşmür. Son bir neçə həftədir ki, ölkədə baş qaldıran zorakılıqlardan qaçmağa çalışan xarici ölkə vətəndaşları Tunis sərhədində üz tutublar.
Sərhədi qanunsuz şəkildə keçməyə çalışan minlərlə liviyalı ilə
Tunisin sərhəd xidmətçiləri arasında qarşıdurmalar yaşanıb.
Sərhədçilər gərginliyi yatırmaq üçün gözyaşardıcı qazlardan və
silahdan istifadə etməli olub. İki gün öncə sərhədi zorla keçməyə
çalışan iki nəfər güllələnərək öldürülmüşdü. Tunis rəhbərliyi
sərhədi keçmək istəyənlərin əksəriyyətinin vizasız olduğunu məruzə
edib.
İyul ayının 13-ündən başlayaraq paytaxt Tripolidə beynəlxalq hava
limanını ələ keçirməyə çalışan üsyançılara qarşı mübarizə gedir.
Sabiq Müəmmər Qəddafi dönəmində baş qaldıran ərəb baharı
inqılabından sonra tərksilah olmayan üsyançılar hazırda Benqazi
şəhərinə nəzarəti ələ alıblar. Liviya ordusu hərbi bazalara nəzarət
etsə də, hələ ki, döyüşlərdə üstünlük qazana bilmir.
Xaotik vəziyyətlə əlaqədar xarici ölkə vətəndaşları, eyni zamanda,
diplomatlar Liviyanı tərk ediblər.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR