Quterreşdən ÇAĞIRIŞ: "Pandemiya tüğyan edir, həyatımız alt-üst olub"
Bizi izləyin

Dünya

Quterreşdən ÇAĞIRIŞ: "Pandemiya tüğyan edir, həyatımız alt-üst olub"

BMT Baş katibi Antonio Quterreş 2021-ci ili koronavirusun fəsadlarından qurtulmağa həsr etməyə çağırış edib.

Publika.az xəbər verir ki, bu barədə BMT-in Baş katibi “Twitter” hesabında paylaşım edib.

Onun sözlərinə görə, 2020-ci il sınaqların, faciələrin və göz yaşlarının ilinə çevrilib və COVID-19 pandemiyası insanların həyatını alt-üst edib.

“Artıq bir çox yaxınlarımızı itirdik və pandemiya isə hələ də tüğyan edir, yeni insanlara zərər vurur. Dünyada yoxsulluq, bərabərsizlik və aclıq səviyyəsi artır. İş yerləri yox olur və borclar yığılır. Xüsusilə uşaqlar üçün çətindir”, - deyə A. Quterreş bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm