Dünya
Saakaşvilinin ümidi apelyasiya məhkəməsinə qaldı
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili və keçmiş iki nazir - Zurab Adeişvili və David Kezeraşvili Tiflis apelyasiya məhkəməsinə müraciət edib.
Publika.az-ın verdiyi xəbərə görə, bu barədə “Rustavi-2” telekanalı bildirib.
“Məhkəmə bizim tərəfimizdən təqdim edilən arqumentləri nəzərə almadı. İttiham haqqında qətnamə heç bir sübut olmadan çıxarılıb. Prokurorluq əvvəlcə ittihamı təqdim edib, daha sonra isə Burdjanadzeni (parlamentin keçmiş sədri) sorğu-sual etməyə və sübutları yaratmağa başlayıb. Konkret hədəf Mixail Saakaşvili və onun yaxın ətrafıdır. Qalanlar onları maraqlandırmır. Bu isə onu göstərir ki, bu şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi siyasi sifarişdir”, - vəkil Otar Kaxidze deyib.
Mixail Saakaşvili, Zurab Adeişvili və David Kezeraşvili vəzifə səlahiyyətlərinin aşmaqda ittiham edilir.
Qeyd edək ki, iyulun 28-də Gürcüstan Baş Prokurorluğu Saakaşvili
barəsində cinayət işinin başlandığını elan edib. İyulun 29-da isə
sabiq dövlət başçısına 2007-ci ilin oktyabrın 7-də müxalifət
aksiyasının dağıdılması, “İmedi” telekanalını viran etmə və bu
telekanalın təsisçisi Badri Patarkatsişvilinin mülkiyyətinin
əlindən alınması ilə bağlı iş üzrə vəzifə səlahiyyətlərini aşmaqda
qiyabi olaraq ittiham irəli sürülüb.
Tiflis şəhər məhkəməsi 2 avqustda Saakaşvili barəsində ehtiyat tədbiri kimi qiyabi həbs hokmü çıxarıb.
Mixail Saakaşvili 2013-cü ilin noyabrında yeni prezidentin inauqurasiyasından sonra ölkəni tərk edib və bir daha geri qayıtmayıb.
Ömər Dağlı
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO