Bu ölkədə 5,8 bal gücündə zəlzələ oldu
Bizi izləyin

Dünya

Bu ölkədə 5,8 bal gücündə zəlzələ oldu

İndoneziyanın mərkəzi bölgəsində yerləşən Sulavesi əyalətində Rixter cədvəli ilə 5.8 bal gücündə zəlzələ baş verib.

Publika.az xarici KİV-ə istinadla xəbərə görə, bu barədə ölkənin Meteorologiya və geofizika agentliyi məlumat yayıb.

Hadisə Cakarta vaxtı ilə saat 02:22-də (23:22 GMT+4 Bazar ertəsi) episentri Buol rayonunun 90 km şimal-şərqində, ocağı isə 10 kilometr dərinlikdə olmaqla qeydə alınıb.

Xəsarət alanlar, dağıntılar və sunami təhlükəsi barəd barədə məlumat verilməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm