Dünya
Lavrov Qarabağ məsələsi üçün Astanaya gedir
Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün Qazaxıstana işgüzar səfərə gedir.
Publika.az-ın qazeta.ru saytına istinadən verdiyi məlumata görə, iki ölkənin xarici işlər nazirləri ticari-iqtisadi və Avrasiya inteqrasiya proseslərini müzakirə edəcək.
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində artan gərginliyin də xarici işlər nazirləri arasında müzakirə ediləcəyi bildirilir.
Qeyd edək ki, ki, Qazaxıstan Ermənistanın Avrasiya İttifaqına üzvlüyünün gecikməsində əsas faktor hesab olunur. Bu, özünü may ayının 29-da Astanada keçirilən və Avrasiya İttifaqının yaradıldığı barədə müqavilənin imzalandığı sammitdə də özünü göstərdi.
Sammitdə Qazaxıstan prezidenti Nursultan Nazarbayev Azərbaycan prezident İlham Əliyevin məktubunu oxumuşdu. Məktubda isə Avrasiya İttifaqını təsis edən ölkələrin prezidentlərinə Ermənistanın bu ittifaqa ancaq indiki sərhədləri çərçivəsində daxil ola biləcəyi, bunun Ermənistanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyündə olduğu kimi xüsusi qeydlə göstərilməli olduğu bildirilirdi.
Ermənistan Avrasiya İttifaqına indiki sərhədləri çərçivəsində üzv olmağı qəbul etsə, o zaman işğal altında saxladığı Dağlıq Qarabağla sərhədində gömrük postu yerləşdirməli olacaq. Bu isə Ermənistanda “Qarabağın itirilməsi” kimi başa düşülür.
Qazaxıstanın Azərbaycanın mövqeyini dəstəkləməsinin nəticəsidir ki, Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlük razılaşmasının imzalanması bir neçə dəfə təxirə salınıb. Hələlik son tarix olaraq oktyabr ayı göstərilib.
S.Lavrovun Astanaya etdiyi səfərin Azərbaycan və Ermənistan prezidentlərinin Soçidə keçirilməsi planlaşdırılan görüşdən bir neçə gün əvvəl reallaşması da diqqətdən yayına bilməz.
Ömər Dağlı
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR