HƏMAS öz qurucusunu edam etdi
Bizi izləyin

Dünya

HƏMAS öz qurucusunu edam etdi

HƏMAS qurucularından olan Ayman Tahanın Misirə casusluq etdiyi ittihamı ilə edam olunduğu iddia edilib.

Publika.az İsrail mediasına istinadən xəbər verir ki, Ayman Taha korrupsiyada və Misirə casusluqda ittiham olunub və HƏMAS-ın edam manqası tərəfindən başından və döşündən vurularaq öldürülüb. Xəbəri “Əl-Qüds” Fələstin qəzeti yayıb.

Daha sonra o, Şəfa xəstəxanasına gətirilib. Xəbərə görə, bu açıqlamanı şəxsən HƏMAS səlahiyyətlilərindən biri verib.

Xatırladaq ki, HƏMAS-ın sözçüsü və maliyyə koordinatoru olan Ayman Taha fevral ayında korrupsiya ittihamı ilə həbs edilmişdi.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm