Sunamidə itən qız 10 ildən sonra valideynlərinə qovuşdu (FOTO)
Bizi izləyin

Dünya

Sunamidə itən qız 10 ildən sonra valideynlərinə qovuşdu (FOTO)

İndoneziyada sunaminin apardığı qızı valideynləri 10 il sonra tapıblar.

Publika.az-ın məlumatına görə, İndoneziyanın “Jakarta Globe” qəzetinin yazır ki, sunaminin apardığı Açex əyalətindən olan balaca qız 10 ildən sonra valideynlərinə qovuşub.

Qızın anası Cəmilə deyib: ”Mən və ərim xoşbəxtik. Biz qızımıza qovuşduğumuza görə, Allaha minnətdarıq”.

Hadisə belə olub. 2004-cü ilin dekabrında Sumatra adası yaxınlığında baş vermiş 9,2 bal gücündə zəlzələ nəticəsində yaranmış 20 metr hündürlüyündə sunami Septi Rangkuti ailəsini də çıxılmaz vəziyyətdə qoymuşdu. Suyun səviyyəsi getdikcə artırdı. Ata və ana kiçik oğulları Arifi və dörd yaşlı qızları Raudhatulu taxta lövhənin üzərində oturdublar ki, batmasınlar.

Suyun səviyyəsi endikdən sonra valideynləri uşaqları xeyli axtarsalar da onları tapa bilməmiş, böyük oğlanları ilə birgə köçüb Şimali Sumatra əyalətinə getmişlər. Sunami isə taxta lövhə üzərində olan uşaqları çox uzaqlara - Banyak arxipelaqının adalarından birinə aparıb çıxarmışdı. Burada balaca Raudhatulu tapan balıqçı ona yeni ad vermişdi – Venni. Qızın dediyinə görə, Arif də xilas olmuş, amma onu ayrı adam götürmüşdü.

Balaca qız onu qəbul edən ailədə, Açex sahillərindəki kənddə böyümüş, yalnız 10 il sonra təsadüfən böyük qardaşının diqqətini cəlb etmişdi. Qızın bu ailə tərəfindən qəbul olunmuş yetim olduğunu öyrənən qardaşı anasına zəng vurmuş və Cəmilə dərhal həmin kəndə gəlmişdi.

“Onu görəndə ürəyim sanki yerindən çıxdı, mən tam əmin idim ki, nəhayət itmiş qızımı tapdım. Mən onu qucaqladım, o da məni. Biz göz yaşlarımızı saxlaya bilmirdik”, - deyə Cəmilə xatırlayır.

Qızı qəbul edən ailənin xahişinə əsasən, Raudhatul Ramazan ayının sonuna kimi onlarda qalıb. İndi o yenidən Banyak adasına hazırlaşır. Ailə üzvləri əmindirlər ki, sağ qalmış Arifi də orada tapa biləcəklər.


AzərTAc

Oxumağa davam et
Reklam
Reklam

Gündəm