Günlük yoluxma sayı 515 mini ötdü - ÜST
Bizi izləyin

Dünya

Günlük yoluxma sayı 515 mini ötdü - ÜST

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 515 mindən çox artıb.

Publika.az TASS-a istinadla xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 515 104 nəfər yeni koronavirusa yoluxub, 11 014 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 163 312 429, ölənlərin isə 3 386 825 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm