Dünya
Obama Ərdoğana zəng edəcəkmi?
Türkiyə avqustun 10-da ilk dəfə olaraq səsvermə yolu ilə
12-ci prezidentini seçdi.
ANS PRESS-in məlumatına görə, Türkiyədə keçirilən prezident
seçkisində 51.95 faiz səslə prezidentlik postunu qazanan Rəcəb
Tayyib Ərdoğanı bir sıra dövlət başçıları təbrik etməkdədir.
ABŞ prezidenti Barak Obamadan da açıqlama (və ya təbrik ismarışı)
gözlənildiyi bir vaxtda, Ağ Ev yanında Milli Təhlükəsizlik
Şurasının nümayəndəsi Keytlin Heyden Türkiyədə keçirilən prezident
seçkisi ilə bağlı bunları bildirib:
“Türkiyənin prezident seçkisi ilə bağlı elan edilən nəticələri
gördük. Prezident Obama Ərdoğan ilə yeni vəzifəsində və baş nazir
olaraq onun yerinə kim gələcəksə, onunla əlaqələri davam etdirməyi
arzu edir. Prezident Obamanın yaxın günlərdə Ərdoğan ilə telefon
danışığının olması gözlənilir.”
Qeyd edək ki, Türkiyə Cümhuriyyəti prezidentinin ilk dəfə xalq
tərəfindən seçildiyi seçki marafonunda 3 namizəd iştirak edirdi.
Avqustun 10-da səhər saatlarından başlayan səsvermə yerli vaxtla
saat 17:00-da başa çatıb.
-
İdman03:35
Əfsanə Enrikeni ələ saldı: deyirdilər ki…
-
Maraq dünyası02:19
Dünyanın ən lənətlənmiş adası: Kim yaşadısa... - FOTO
-
Region01:50
İranda qadın alveri və intim xidmətlər barədə ŞOK FAKTLAR - VİDEO
-
İdman01:08
"Real" ÇL-nin finalında! - VİDEO/YENİLƏNDİ
-
Region00:45
Putinlə Paşinyanın görüşü başa çatdı - YENİLƏNDİ
-
Qoroskop00:35
Günün qoroskopu: nüfuzlu insandan dəstək ala bilərsiniz
-
Hadisə8 May 23:34
Xırdalanda küçə itləri qadını dişlədi - ANBAAN VİDEO
-
Hadisə8 May 21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO