Dünya
İŞİD-dən növbəti terror: Ölənlər və yaralananlar var
İŞİD terror təşkilatının Liviyanın cənubunda yerləşən Səbha şəhərində törətdiyi partlayış nəticəsində 2 polisin həlak olduğu, 4 nəfərin yaralandığı bildirilir.
Publika.az xəbər verir ki, terror aktını üzərində iki partlayıcı qurğu olan terrorçu-kamikadze törədib. Partlayış bir inzibati binanın önündəki yoxlama-keçid məntəqəsində baş verib. İnsidentdən sonra teleqram kanalında açıqlama verən İŞİD terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.
Sülhün dayanıqlı olmadığı və hər an yeni münaqişənin baş verə biləcəyi Liviyada keçici hökumətə dəstək verən Misir İŞİD-in terror aktını qətiyyətlə pisləyən bəyanat yayıb. Rəsmi Qahirə təxribatların və terror aktlarının qarşısını almaq üçün Tripoliyə yardım göstərməyə hazır olduğunu bəyan edib.
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?
-
Sağlamlıq10:50
Təzə və ya köhnə olduğu bilinməyən çərəzlər: Bizi hansı təhlükə gözləyir?
-
Rəsmi xronika10:20
İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi