"Taliban"dan qaçan 347 əfqan Tacikistana keçdi
Bizi izləyin

Dünya

"Taliban"dan qaçan 347 əfqan Tacikistana keçdi

Ötən gecə “Taliban” qruplaşmasından qaçan 347 Əfqanıstan vətəndaşı Tacikistana keçib. Onların 77-si qadın, 177-si uşaqdır. Qaçqınlar Dağ Bədəxşan Muxtar Vilayətində çadır şəhərciklərinə yerləşdirilib.

Publika.az Tacikistan Dövlət Təhlükəsizlik Komitəsinin mətbuat mərkəzinə istinadla xəbər verir ki, qaçqınlar Əfqanıstanın Bədəxşan əyalətinin Andemin kəndinin sakinləridir.

Xatırladırıq ki, dünən Tacikistan sərhədini 128 qaçqın keçmişdi.

İndiyədək Tacikistana 1500 əfqan hərbçisi, 1512 mülki vətəndaş pənah gətirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm