Dünya
Günlük yoluxma sayı 530 mini ötdü - ÜST
Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı son sutka ərzində 530 mindən çox artıb.
Publika.az pandemiyanın onlayn statistikasını aparan “worldometers.info” saytına istinadla xəbər verir ki, ötən sutka ərzində 530 min 872 nəfər yeni koronavirusa yoluxub, 8 min 772 nəfər isə dünyasını dəyişib. Bununla da yoluxanların ümumi sayı 198 milyon 503 min 352, ölənlər isə 4 milyon 232 min 291 nəfərə çatıb.
Dünyada bu vaxtadək ən çox yoluxma halı ABŞ (35,7 milyon), Hindistan (31,6 milyon), Braziliya (19,9 milyon), Rusiya (6,2 milyon), Fransa (6,1 milyon), Böyük Britaniya (5,8 milyon) və Türkiyədə (5,7 milyon) qeydə alınıb.
Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST ötən il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra - martın 11-də isə koronavirusu pandemiya elan edib.
-
Nida Xəbər 16:28Zakir Həsənov məşhur polkovniki işdən çıxardı: Yerinə o gətirildi - Foto
-
Nida Xəbər 16:10Leyla Əliyeva sərgidə - Fotolar
-
Nida Xəbər 16:07Ata Abdullayev azadlığa buraxıldı
-
Rəsmi xronika15:12İlham Əliyev Almaniyada səfərdədir - FOTO
-
Hadisə14:39Ermənistanda türk dilində danışdığı üçün döyülən şəxs niyə Azərbaycana qaçıb?
-
Dünya13:44Sığınacaq İsraildir: Pedofillikdə ittiham olunanlar niyə bu ölkəyə qaçırlar?
-
Sosial12:38Milli Məclisdə minimum əməkhaqqı ilə bağlı qərar: İldə bir dəfə...
-
Dünya12:08ABŞ və Avropada əhali əmindir: Tezliklə 3-cü dünya müharibəsi başlayacaq - SORĞU
































.jpg)




