Region
Fidan genişmiqyaslı müharibə riski ilə bağlı həyəcan təbili çaldı
“Yaxın Şərqdəki müharibə təcili nizamlanmasa, coğrafi baxımdan genişlənmə təhlükəsi daşıyır”.
Publika.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan banqladeşli həmkarı Xalilur Rəhman ilə keçirdiyi mətbuat konfransında bəyan edib.
Diplomat qeyd edib ki, Ankara münaqişənin nəzarətdən çıxa biləcəyi ilə bağlı əvvəllər xəbərdarlıq edib və baş verənlərlə bağlı bu qiymətləndirmə özünü doğruldub.
"İrana hücumlar davam edərsə və İran da öz növbəsində qonşu ölkələrə hücum edərsə, vəziyyətin çıxılmaz hal alacağı və nəzarətdən çıxacağı bizi çox narahat edir. Buna son qoyulmalıdır", – deyə nazir bildirib.
O əlavə edib ki, münaqişə tərəflərinin hücumları dünya iqtisadiyyatına zərər vurur. Fidanın sözlərinə görə, Ankara və Tehran Türkiyə istiqamətinə raketlərin buraxılmasını müzakirə edirlər; İslam Respublikası bu insidentlərdə əli olduğunu inkar edir və tərəflər bu məsələ ilə bağlı müxtəlif səviyyələrdə danışıqlar aparırlar.
Xatırladaq ki, ötən gün Türkiyə Müdafiə Nazirliyi İrandan atılan və ölkənin hava məkanına daxil olan daha bir raketin NATO qüvvələri tərəfindən məhv edildiyini açıqlayıb. İslam Respublikasının ordusu isə raketin buraxılması ilə bağlı ittihamları rədd edərək vəziyyəti araşdırmağa çağırıb.
Hüseyn İbadlı
-
Hadisə21:17Kənar Dairəvi yolda otluq ərazidə yanğın - Yeniləndi
-
ABŞ20:24Bunu etsəydilər, onlar üçün çox pis nəticələri olardı - Tramp Rusiya və Çini hədələdi
-
Elm və təhsil19:4029 şagirdin oxuduğu məktəblə bağlı iddiaya cavab verildi
-
Ekologiya18:50Nazirlikdən yanğın təhlükəsi ilə bağlı əhaliyə müraciət
-
Sosial18:2049 mindən çox içkinin tarixinin dəyişdirildiyi aşkarlandı - Foto
-
İdman16:33Ukraynalı rusun toyunda oynadı, ara qarışdı - Bəyanat yaydı
-
Nida Xəbər 14:38Baş nazir qərar imzaladı
-
Rəsmi xronika13:47Prezident Özbəkistana yeni səfir təyin etdi












.jpg)






.jpg)



















