Dünya
İranda qeysəriyyə əməliyyatına qadağa (VİDEO)
İran İslam Respublikasının İslam Şurası Məclisi
tərəfindən ölkədəki əhalinin sayını artırmaq məqsədilə yeni bir
qərar verilib.
ANS TV-nin məlumatına görə, ölkənin dövlət xəstəxanalarında
uşaqların təbii yolla doğumu pulsuz olacaq. Eyni zamanda dövlət
tərəfindən müxtəlif dəstəyin verilməsi də nəzərdə tutulacaq.
Həmçinin bu dəstəklə yanaşı gənc cütlüklərə faizsiz kreditlərin də
verilməsi nəzərdə tutulub.
Bu qərara əsasən, dövlət xəstəxanalarında qeysəriyyə əməliyyatı
dayandırılacaq və bu üsulla doğum yalnız özəl və şəxsi
xəstəxanalarda davam etdiriləcək. Hətta bundan əvvəl mövcud olan və
ölkədə əhalinin artımını sabit saxlayan qanunlar da qüvvədən düşmüş
hesab olunacaq.
Həkim Əli Azərimin sözlərinə görə, “Bizim xəstəxanada qadınların
bir çoxu qeysəriyyəyə maraqlıdırlar. Bizdə ayda 200-300 doğum halı
baş verir ki ki, bunların çoxu qeysəriyyə istəyirlər”.
Digər bir tərəfdən ötən illər ərzində ailələrdə hakim olan bir uşaq
düşüncəsi istiqamətində, gənc cütlüklərin çoxu bir uşaqla
kifayyətlənirlər və bundan artıq uşağın olmasını istəmirlər.
Tehran sakini Siavaş Sorena deyir ki, "Bizim bu günkü şəraitdə bir
uşaq böyütmək çətindir. Bu gün bəlkə dövlət dəstək versə, amma bu
dəstək yalnız doğumda olacaq və ondan sonra həm ailələrə, həm də
uşaqların həyatında problem yaradılacaq. Məncə bir uşağın olması
daha yaxşıdır”.
İranin Ali Dini Lideri Ayətullah Əli Xamneyi də bir neçə dəfə
ölkədəki əhali artımının sürətlə azalmasını tənqid edib və bunun
qarşısının alınmasını istəyib.
-
Rəsmi xronika11:10
Biz buna imkan verə bilmərik - Prezident
-
Hadisə09:46
Rövşən Rzayev vəfat etdi - FOTO
-
Sosial09:30
Bu ərazidə mənzillər kütləvi şəkildə satışa çıxarıldı - Ucuz qiymətə... - VİDEO
-
Dünya08:36
Azərbaycanda bu qadağa qüvvəyə minir
-
Region08:24
Bəy gəlini toy karvanında qoyub qaçdı - ANBAAN VİDEO
-
Maraq dünyası06:46
Pitonla kral kobranın ərazi üstündə döyüşü izləmə rekordu qırır - VİDEO
-
Magazin104:44
Dilarə Əliyeva: "14 il keçib, hələ də bir insanla küsülüyəm" - VİDEO
-
Hadisə04:14
"Canavar gördüm" deyən 3 yaşlı qızın otağından görün nə çıxdı