Dünya
"Taliban" Əfqanıstanın Cəlalabad şəhərinə nəzarəti ələ keçirdi
Radikal "Taliban" hərəkatı Əfqanıstanın şərqindəki Nangarhar əyalətinin inzibati mərkəzi olan Cəlalabad şəhərini nəzarətə götürüb.
Publika.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi ələ keçirilmiş şəhərdəki Əfqanıstan rəsmisinə istinadla məlumat yayıb .
Onun sözlərinə görə, hazırda Cəlalabadda toqquşmalar baş vermir, çünki qubernator "taliblər"ə təslim olub. O, bu addımı şəhərin mülki insanların həyatını xilas etmək üçün atıb.
Qeyd edək ki, ABŞ Əfqanıstanda hərbi əməliyyatların bitdiyini və qoşunların geri çəkilməsinin başladığını elan etdikdən sonra, "Taliban" hökumət qüvvələrinə qarşı hücuma keçib.
Müxtəlif mənbələrə görə, radikallar İran, Çin, Pakistan, Tacikistan və Türkmənistanla sərhəd bölgələr də daxil olmaqla Əfqanıstan ərazisinin 90%-ni nəzarətdə saxlayır.
Hüseyn
-
Dünya02:00İran dünyanın ən böyük maye qaz kompleksinə zərbə endirdi - Qətər sərt addım atdı
-
Qoroskop01:40Günün ulduz falı: gələcəklə bağlı planlarınızı yenidən nəzərdən keçirin!
-
Dünya00:55Xəzər dənizindəki İran gəmiləri vuruldu
-
ABŞ18 Mart 21:39ABŞ vizası almaq istəyənlərin nəzərinə: On beş min dollar və ya…
-
Dünya18 Mart 20:12İranın xəbərdarlığı bazarları silkələdi: Neft obyektləri boşaldılır
-
İnanc18 Mart 19:50Ramazanın 29-cu günü: Dua, imsak və iftar vaxtı...
-
Kriminal18 Mart 19:4016 yaşlı Nuranəni boğaraq Kürə atan şəxsin cəzası ağırlaşdırıldı
-
Region18 Mart 18:50Pezeşkian onların ölümündən yazdı


































